Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

21 iyul 2015 | 15:00

 

       Naftalan şəhərində 21.07.2015-ci il tarixdə Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunmuş konfrans keçirildi.Naftalan şəhər İcra Hakimiyyətinin iclas zalında keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhərin idarə, müəssisə  və təşkilat  rəhbərləri iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti Aparatında ərazi idareətmə və yerli özünüidarəetmə orqanları ilə işin aparıcısı baş məsləhətçi Möhübbət Bədəlov Həsən bəy Zərdabinin əvəzsiz fəaliyyətindən danışaraq, onun “Əkinçi” qəzetini təsis etməklə Azərbaycan mətbuatının fundamentini qoyduğunu vurğulayıb.
        Həmçinin, şəhər İcra Hakimiyyəti Aparatında ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı baş məsləhətçi Afət Mustafayeva “Azərbaycan mətbuatının inkişaf tarixi” mövzusunda məruzə ilə çixış edib.
        Sonda şəhər 2 nomrəli tam orta məktəbin tarix muəllimi Sədrəddin Muradov milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə medianın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən danışib,qeyd etmişdir ki, cəmi 56 nömrəsi çıxan "Əkinçi" dövrünün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı olub, ziyalıları azərbaycançılıq məfkurəsi ətrafında bir araya gətirib.
         Konfrans tədbir iştirakçılarının çıxışları ilə davam etdirilib.
       

 

Keçidlər