Naftalanda “2 iyul Polis işçilərinin peşə bayramı günü” qeyd edilib.
Naftalan şəhər Polis şöbəsində “2 iyul Polis işçilərinin peşə bayramı” günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə ulu öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə gəlmiş, ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotostendlərə tanış olmuşlar. Şəhər Polis şöbəsində davam etdirilən tədbirdə ŞPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mübariz Mehralıyev çıxış edərək şəxsi heyəti bayram münasibətilə təbrik edərək bildirib ki, hazırda ölkəmizi böyük uğurlara və davamlı tərəqiyyə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində maddi-texniki bazası, şəxsi heyətinin xidmət şəraiti, sosial müdafiəsi günbəgün güclənən daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların qanuni mənafelərinin qorunmasında, insan hüquq və azadlıqlarının təmin edilməsində professionallığı və nümunəvi xidmətləri ilə seçilir. Diqətə çatdırılıb ki, 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Sonda xidmətində fərqlənən bir qrup polis əməkdaşına, veteran polislərə diplom və fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub. İki polis əməkdaşına yeni rutbələr verilib.