Şriftin ölçüsü :

Saytın rəngi :

“Kurortların inkişaf perspektivləri”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzuları üzrə seminar-treninq keçirilmişdir

01 mart 2013 | 16:00

28 fevral 2013 cü il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Naftalan şəhərində Bakı Biznes Tədris Mərkəzinin sahibkar və iş adamları üçün “Kurortların inkişaf perspektivləri”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzuları üzrə seminar-treninq keçirilmişdir.
    Tədbiri giriş sözü ilə BBTM Gəncə nümayəndəliyinin rəhbəri Rövşən Novruzov açaraq,  o, ölkə başçısı, cənab “Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans” barədə tədbir iştirakçılarını məlumatlandırıb və "Azərbaycan Respublikasında Kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" haqqında  geniş məlumat verdi. Naftalan şəhəri İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Musa Bayramov Naftalan şəhərinin və kurortunun inkişaf perspektivlərindən danışdı.
   Sonra 2-ci mövzu üzrə, “Biznes planların və investisiya layihələrinin hazırlanması”nın kinoproyektor vasitəsilə təqdimatı oldu. Müxtəlif sahələr üzrə biznes-planın tərtibatı haqqında geniş məlumat verildi.
     Eyni zamanda “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzusu üzrə də kinoproyektor vasitəsilə təqdimat oldu.  www.icazeler.gov.az,  www.b2b.az websaytları barədə və s. göstərilən xidmətlər haqda məlumat verildi.
     Seminar çox işgüzar və interaktiv şəkildə keçirildi. Tədbir iştirakçılarının sayı 20 nəfər idi.
Seminarda  sahibkar və iş adamları tərəfindən qaldırılan digər suallar  cavablandırıldı. İştirakçılara  BBTM-nin  dəftərçəsi və müxtəlif metodik vəsaitləri paylandı.

Keçidlər