Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart Soyqırımı: Tariximizin qanlı səhifəsi

31 mart 2026 | 12:53

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər. Əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Kəmalə Hüseynova ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatları diqqətə çatdırıb. Həmçinin, qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ermənistan dövlətinin və erməni lobbisinin beynəlxalq aləmdə təcavüzkar və işğalçı siyasət apardığını bəyan etmişdir.

Digər çıxış edənlər bu faciələrə hüquqi-siyasi qiymətin verilməsi və tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən ətraflı bəhs ediblər. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart- Azərbaycanlıların Soyqırımı Günü elan edildiyi bildirilib.

Keçidlər