Naftalanda 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” qeyd olunub
23 iyun 2015-ci il tarixdə Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” münasibətilə təbbir keçrilib.
Komissiyanın sədri Arzu Məmmədov çıxış edərək görülən işlər barədə məlumat verərək qeyd edib ki, bu gün cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniyadır. Ən acınacaqlısıda budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik sürətlə inkişaf edir.
Daha sonra çıxış edənlər bildiriblər ki, Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həmdə dünya iqtisadiyyatına ciddi zərbə vurur.
Bildiyiniz kimi BMT-nin 1987 ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin, psixotrop maddələrin və prekusorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Bəyamnaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Azərbaycan Respublikası da 1992-ci ildən BMT-yə tam hüquqlu üzv olduqdan sonra bu konvensiyaya qoşulmuşdur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə aparmaqa başlamışdır.
Eyni zamanda qeyd edilib ki, bundan sonra da narkomaniyaya qarşı geniş, səmərəli və maarifləndirici işlər görüləcəkdir.
Sonda “Narkomanyanın fəsadları” mövzusunda video çarx nümayiş olunub