Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda yerləşən N saylı hərbi hissənin əsgər və zabitləri ilə görüş keçirilib

23 iyun 2015 | 15:00

 

23 iyun 2015-ci il tarixdə Naftalan  Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə şəhərdə dislokasiya olunmuş N saylı hərbi hissənin əsgər və zabitləri ilə görüş keçirilib. Görüşdə Naftalan  şəhər İcra Hakimiyyəti  Başçısı aparatının məsul işçiləri və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, ədliyyə polkovnik leytenantı Mehdi Hüseyinzadə, Tərtər rayon hərbi prokuroru, ədliyyə polkovnik leytenantı  Fuad Məmmədov  çıxış  edərək  hərbi hissənin əsgər və zabit heyətini Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik ediblər. Onlara vətənin keşiyində mübariz və mətin dayanmağı, bu şərəfli peşəni uğurla yerinə yetirməyi arzulayıblar.
      Bildirilib ki, Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir
      Böyük ruh yüksəkliyi hiss olunan ordumuzun əsgər və zabitləri düşmənə hər an layiqli cavab verməyə və işğal olunan torpaqlarımızı azad etməyə hazır olduqlarını bildiriblər. Tədbir hərbi hissənin xidmətdə fərqlənən əsgərlərin təltif olunması ilə davam edib.
      Daha sonra   şəhər mədəniyyət işçiləri hərbi hissənin şəxsi heyəti qarşısında geniş konsert proqramı ilə çıxış edib. Bayram konserti əsgər və zabitlərdə xoş ovqat yaradıb və  onlar musiqi sədaları altında rəqs ediblər.
     Sonda qonaqlar hərbi hissəyə hədiyyələrini təqdim ediblər.

Keçidlər