Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Milli Qurtuluş günü qeyd olunub

11 iyun 2015 | 15:00

Naftalan şəhərində 15-iyun Milli Qurtuluş günü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti, eləcə də şəhərə istirahət və müalicəyə gələn qonaqlar da iştirak edirdi.
      Tədbir iştirakçıları vətənpərvərliyə aid musiqi sədaları altında öncə ulu  öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidəsinin önünə gül-çiçək dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ümummilli Liderin Azərbaycanın həyatında müstəsna rolundan və Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışılıb.
       Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev  müasir Azərbaycan qurucusu və memarıdır. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.
        Daha sonra Yeni Azərbaycan Partiyasına  yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Sonda məktəblilərin ifasında “Xilaskar” adlı  kompozisiya nümayiş etdirilib.

Keçidlər