Naftalan şəhərində növbəti səyyar görüş keçirilib
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü 6, 7, 11 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib. Görüşdə şəhərin hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, sahə icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak edib.
Görüş zamanı şəhər rəhbəri müraciət edən sakinləri dinləyib, sakinlər şəhərdə onlar üçün yaradılan rahat şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Ayrı-ayrı sahələrə dair şəhər sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər şəhər İcra Hakimiyyəti başçısının göstərişi ilə yerində həll edilmiş, bəzi məslələr isə həll edilməsi üçün nəzarətə götürülüb.
Eyni zamanda şəhər İcra Hakimiyyətinin başçısı çoxmənzilli yaşayış binalarının həyətində, küçələrdə aparılan bərpa və abadlıq işləri ilə tanış olub, sakinlərin və şəhərə gələn qonaqların mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün yeni salınan mini istirahət parklarına baxış keçirərək iş icraçılarına müəyyən tapşırıqlar verib.