Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri Naftalanda olub.

10 iyun 2015 | 15:00

Naftalan şəhərində 10 iyun 2015-ci il tarixdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Avropa standartlarına uyğun hüquqi yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun tətbiqi məsələlərinə həsr olunmuş seminar keçirilib.
     Seminarda Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan ofisinin layihə bürosunun rəhbəri Şakir Səfərbəyov, eləcə də şəhərin idarə, müəssisə və təşkilat məsul işçiləri iştirak edib. 
    İşçi qrupun rəhbəri bu sahədə qəbul olunan qanunlar, görülən işlər və həyata keçiriləın yeniliklər barədə geniş fikir mübadiləsi aparıb və iştirakçıları məlumatlandırıb.

Keçidlər