Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda buraxılış imtahanı keçirilib

06 iyun 2015 | 15:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) IX-XI sinif şagirdləri üçün iyunun 6-da təşkil etdiyi buraxılış imtahanı Naftalan şəhərində də  yüksək səviyyədə keçirilib. Buraxılış sinif şagirdləri üçün təşkil olunmuş atestasiya imtahanında ümumilikdə 128 şagird iştirak edib.
     Qeyd edək ki, imtahan keçirilən şəhər 2 nömrəli tam orta məktəbin binasına giriş zamanı şagirdlərin üstü yoxlanılıb, onların imtahanlara mobil telefon, konspekt və digər yardımçı vasitələrlə daxil olmaması üçün ciddi nəzarət təşkil olunub.
     İmtahan prosesində heç bir qayda pozuntusu qeydə alınmayıb.

Keçidlər