Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər Qasımbəyli kənd sakinləri ilə səyyar görüş keçirildi

28 fevral 2013 | 16:00

2013-cü il fevralın 27-də Qasımbəyli kəndində Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun  sakinlərlə növbəti səyyar görüşü keçirildi.
     Görüşdə şəhər rəhbəri ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavini, məsul işçilər, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 71 nəfər kənd sakini iştirak edirdi.
     Görüşü İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi. Həmçinin Dövlət tərəfindən kənd  təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində yardımlar verilməsində də bir çox uğurlar əldə edilmişdir.
     Kənd sakinlərindən Quliyev Tofiq Hüseyn oğlu, Eminov Varaşil İspəndiyar oğlu, Şükürov Rasim  Mayıl oğlu, Eminov Yalçın Varaşil oğlu,  Əmirxanov Mayıl Əzət oğlu və başqaları çıxış edərək kənddə, yaşadıqları evlərdə və əkin sahələrində  mövcud olan nöqsan  və çatışmazlıqlardan söz açaraq onların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdilər.
    Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər