Şriftin ölçüsü :

Saytın rəngi :

3 dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günüdür

03 dekabr 2023 | 11:51

Naftalan Şəhər İcra Hakimiyyətinin və Naftalan Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 3 dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günüdür münasibətilə tədbir keçirib.

Tədbirdə İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər Ağsaqqallar Şurasının sədri, ƏƏSMN tabeliyində DSMF PHŞ-ın Gəncə Daşkəsən Regional filialının Naftalan şəhər qəbul şöbəsinin müdiri, Reabilitasiya Mərkəzinin əməkdaşları, digər idarə, müəssisə və təşkilat rəhbərləri, Naftalanlı bir qrup əlilliyi olan şəxslərlə yanaşı respublikamızın müxtəlif bölgələrindən Mərkəzdə müalicə olunan əlillər və qazilər iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

3 dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününün ölkəmizdə rəsmi şəkildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qeyd edildiyi diqqətə çatdırılıb. Həmçinin, qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, respublikamızda, eləcə də müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirilməsi istiqamətində mühüm addımlar atılır.

Tədbirdə çıxış edən əlillər göstərilən diqqətə və qayğıya görə, ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

3 dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günüdür ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub, iştirakçılar əlilliyi olan şəxslərin hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Keçidlər