Şriftin ölçüsü :

Saytın rəngi :

Çoxmənzilli yaşayış binalarının həyətində genişmiqyaslı abadlıq işləri aparılır.

06 iyun 2015 | 15:00

Şəhərin  çoxmənzilli yaşayış binalarının həyətində və küçələrdə bərpa və abadlıq işləri aparılır. Şəhərdaxili yolların asfaltlanması sahəsində də xeyli işlər görülüb. Yeni asfalt örtüyünün salınması məqsədilə şəhərdaxili yollara yeni bardürlər düzülüb.
      Hazırda  sakinlərin və şəhərimizə gələn qonaqların mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün mini istirahət parkları və piyada yolları salınması şləri davam etdirilir. Yeni salınan parklarda besetkalar, basketbol, tenis və uşaq oyun meydançaları da olacaq. Artıq I mikrorayonda işlərin bir hissəsi başa çatdırılmışdır.   
      Daha sonra yeni yaşıllıqlar salınacaq, gül və bəzək kolları əkiləcəkdir. Həmçinin yaz mövsümündə bütün binaların qarşısında 300-dən artıq çinar ağacı əkilib.

Keçidlər