1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü körpələr evi-uşaq bağçasında qeyd olunub
Bilik Fondunun əməkdaşları 01.06.2015-ci il tarixdə əvvəlcə Naftalan şəhərində olublar. Qonaqlar ilk olaraq Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Mərkəzlə tanışlıqdan sonra nümayəndə heyəti Naftalan şəhər V. Namazov adına Körpələr evi uşaq bağçasında keçirilən 1 iyun uşaqların Beynəlxal müdafiəsi gününə həsr olunmuş tədbirdə iştirak ediblər.
Daha sonra uşaqların ifasında hazırlanan bayram şənliyi böyük coşqu və körpələrin rəngarəng rəqslərinin ahəngi ilə davam etdirilib.
Sonda “Kitabi-Dədə Qorqud” dastanında milli-mənəvi irsimizin təbliği, tükçülük ideyalarının qorunub saxlanması” mövzusunda şəhərin hər üç tam orta məktəbinin IX, X, XI sinif şağirdlərinin arasında yazılmış inşa yazının qalibləri və iştirakçıları Bilik Fondu tərəfindən qiymətli hədiyələr və təşəkkürnamələrlə mükafatlandırılıblar.
Eləcə də şəhər İcra Hakimiyyətinin aparatının məsul işçisi Afət Mustafayeva və Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova da Bilik Fondu tərəfindən təltif olunublar.