2 nomrəli tam orta məktəbin II-XI sinif şagirdləri arasında sərbəst mövzularda rəsm müsabiqəsi keçirilib
22 may 2015-ci il tarixdə “ Naftalan “ qəzetinin və S.Vurğun adına 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “İstedadlı şagirdlərin üzə çıxarılması” məqsədi ilə şəhər 2 nomrəli tam orta məktəbin II-XI sinif şagirdləri arasında sərbəst mövzularda rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə şagirdlər sulu boya və karandaşla öz rəsm bacarıqlarını nümayiş etdirib. Müsabiqədə sağlamlıq imkanları məhdud VII sinif şagirdi Hüseynov Kənan Vaqif oğlunun əl işləri və rəsm nümunələri də sərgilənib.
Müsabiqədə I yeri Muradzadə Şəfa Şahlar qızı, II yeri Muradzadə Şəhla Şahlar qızı və Mirzəyeva Nurlana Elçin qızı, III yeri Hüseynzadə Hüseyn Azər oğlu tutub.
Müsabiqənin qalibləri məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırılıb.