Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “28 May- Respublika günü ” münasibətilə məktəblərarası “Şən Startlar” idman yarışı keçirilib.

25 may 2015 | 15:00

 

    25 may 2015-ci il tarixdə  Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May-Respublika günü “ münasibətilə şəhərin tam orta məktəblərinin V-VI sinif şagirdləri arasında “Şən Startlar” idman yarışı keçirildi.Yarışın keçirilməsində əsas  məqsəd şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və komanda idman növünün təbliği olub.Yarış 6 mərhələdə,hər komandada 6 oğlan və 4 qızın iştirakı ilə keçirilib.
         Yarışda I yeri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası tutmuşdur. Yarışın qalibləri Naftalan şəhər Gənclər və İdman İdarəsinin fəxri fərman və qiymətli hədiyələri ilə mükafatlandırılıb.

Keçidlər