Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 21-ci ildönümü Naftalan şəhərində qeyd edildi

27 fevral 2013 | 16:00

Naftalan şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar 26 fevral 2013-cü il tarixdə Naftalan şəhərində ümumşəhər anım mərasimi keçirildi. Tədbirdə şəhər rəhbərliyi, idarə və təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
   Tədbirin əvvəlində Naftalan şəhər “Xatirə kompleksi”  ziyarət edilmiş, şəhidlərin xatirəsi yad edilmiş,  əklil qoyulmuş, gül-çiçək dəstələri düzülmüş və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbiri giriş sözü ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açaraq  “Xocalı faciəsi” və onun siyasi mahiyyəti barədə çıxış etmişdir.
    Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhlarına  dualar oxunmuşdur.
    Daha sonra tədbir Naftalan şəhər Mədəniyyət evinin kollektivi və  tam orta məktəblərin şagirdləri tərəfindən hazırlanmış kompozisiya ilə davam etdirilib.

Keçidlər