Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər Məşğulluq Mərkəzində “Sosial tərəfdaşların Məşğulluq Xidmətində rolu” mövsuzunda tədbir keçirilib.

22 may 2015 | 15:00

    22 may  2015-ci il tarixdə Naftalan şəhər  Məşğulluq Mərkəzində sosial tərəfdaşların iştirakı ilə “Sosial tərəfdaşların Məşğulluq Xidmətində rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru A.Məmmədov açaraq işsizlərin iş ilə təmin olunması üçün müəssisələrin boş iş yerləri haqqında məlumatı vaxtında Mərkəzə təqdim etməsində və Əmək Yarmarkalarının keçirilməsində sosial tərəfdaşların rolundan danışıb.               
         Həmçinin, tədbirdə işəgötürənlərin məşğulluq mərkəzi ilə sıx tərəfdaşlığının işaxtaranların işlə təmin edilməsində, işəgötürənlərin yüksək ixtisaslı işçi qüvvəsinə tələbatının ödənilməsindəki rolundan söz açılmışdır. Bu məqsədlə hər il şəhərdə  təşkil edilən əmək yarmarkalarının əhəmiyyəti qeyd edilmiş və bu məşğulluq tədbirində hamının fəal iştirak etməsi tövsiyə olunub.

Keçidlər