Naftalan şəhərində “Kitabi-Dədə Qorqud” dastanın alman şərqşünası Fridrix fon Dist tərəfindən alman dilinə tərcüməsinin və nəşrinin 200 illiyi münasibətilə tədbir keçirilib.
18.05.2015-ci il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin hər üç ümumtəhsil məktəbinin pedoqoji kollektivinin iştirakı ilə “Kitabi-Dədə Qorqud” dastanın alman şərqşünası Fridrix fon Dist tərəfindən alman dilinə tərcüməsinin və nəşrinin 200 illiyi münasibətilə tədbir keçirildi.
Şəhər İcra Hakimiyyəti Başçısı aparatında ictimai siyasi və humanitar məsələlər üzrə baş məsləhətçi Afət Mustafayeva tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, Azərbaycan qədim tarixə malik olan multikultural, talirant bir dövlətdir. Bu gündə məhz talerantlığı, multikultiralizmi, dostluğu özündə əks etirən “Kitabi-Dədə Qorqud” abidəsinin alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması mühüm tarixi hadisədir.
Tədbirdə “Kitabi-Dədə Qorqud” dastanında qəhrəmanlıq dəyərlərinin tərənnüm edilməsi, “Kitabi-Dədə Qorqud “ dastanında və N.Gəncəvinin “Yeddi Gözəl” poemasında multikultralizmin təsviri və təbliği mövzusunda məruzələr dinlənilib. Tədbirin sonunda məruzələr ətrafında müzakirələr aparılıb.