Naftalanda “Əmək yarmarkası” təşkil olunub.
15 may 2015 | 15:00
15.05.2014-cü il tarixdə Naftalan şəhər ƏSMM-nin inzibati binasında şəhər İcra Hakimiyyətinin və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə iş axtaran şəhər sakinlərinin müvafiq iş yeri tapmaq və ya ictimai ödənişli işlə təmin olunma imkanı əldə etmələri məqsədilə “Əmək yarmarkası” keçirilib.
Yarmarkada 10-ü dövlət, 3-u isə qeyri-dövlət olmaqla şəhərdə fəaliyyət göstərən 13 idarə və təşkilatdan 132 boş iş yeri təqdim olunmuşdur. 160 nəfər işaxtaran şəhər sakini iştirak etmiş, onlardan 58 nəfərinə daimi işlə təmin olunmaları üçün göndəriş verilmişdir.
Yarmarkada Dövlət Məşğulluq Xidmətinin məsul işçisi Fərid Həsənov iştirak edib.