Naftalanda şəhərində "Məşəl estafeti" keçirildi.
Birinci Avropa Oyunlarının məşəli mayın 14-də kurortlar şəhəri Naftalana gətirildi. Özünün müalicəvi nefti ilə dünyada məşhur olan Naftalan şəhərinin sakinləri yol boyu düzülərək, ilk Avropa Oyunlarının məşəl estafetini böyük coşqu ilə qarşıladılar.
Şəhərimizin fəal gənci Tural Məmmədov Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Dörd kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar şəhər sakinlərinin alqışlarının müşayiəti ilə Heydər Əliyev parkına gəliblər.
Naftalan Uşaq Gənclər İdman məktəbinin məşqçi-müəllimi Fuad Əliyev burada qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırdı. Çıraq ilk Avropa Oyunlarının sonunadək “Bakı-2015”in rəmzi kimi Naftalanda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilib.