Naftalan Şəhər Polis Şöbəsinin yeni inzibati binasının açılışı oldu.
13 may 2015 | 15:00
13 may 2015-ci il tarixdə Naftalan Şəhər Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş tədbir keçirilib. İnşasına 2013-cü ildən başlanan 4 mərtəbəli inzibati bina 2015-cü ilin may ayında sona çatdırılmışdır. Ən müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, növbətçi hissə, yeməkxana və digər xidməti otaqlar istifadəyə verilib Binada mərkəzi istilik sistemi, rabitə-kommunikasiya xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb.
Tədbirdə daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov iştirak ediblər.