Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ailə Bayramı münasibətilə “ Günəş hamı üçün” adlı tədbir keçirildi.

12 may 2015 | 15:00

 

   12.05.2015-ci il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Günəş hamı üçün “ adlı sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə tədbir keçirildi.
         Tədbirdə şəhər İcra Hakimiyyəti aparatının nümayəndələri, fərdi  təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqlar və onların valideynləri,şəhər Ağsaqqallar şurasının sədri,şəhər Polis şobəsinin məsul nümayəndəs, şəhər Təhsil şöbəsinin, şəhərin hər üç tam orta  məktəbinin və şəhər Musiqi məktəbinin müəllim və şagird kollektivi, Körpələr evi Uşaq Bağçasının  pedoqoji kollektivi, körpə fidanları və digər  qonaqlar iştirak edib.
            Şəhər İcra Hakimiyyəti Başçısı aparatında ictimai siyasi və humanitar məsələlər üzrə baş məsləhətçi Afət Mustafayeva tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, “BMT-nin Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il “Beynəlxalq Ailə günü “ qeyd edilir. Həmçinin bildirdi ki, tədbirin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə ictimai diqqətin artırılmasıdır. 
       Tədbir sağlamlıq imkanları məhdud olan uşaqların ifasında şer nümunələri,məktəblilərin və fidanlarımızın ifasında rəngarəng çıxışlar, rəqslər və səhnəciklərin nümayişi ilə davam etdirilib. Sağlamlıq imkanları məhdud olan uşaqlara məktəb direktorları və Körpələr Evi Uşaq Bağçasının kollektivi tərəfindən hədiyələr verilib.
         Tədbirin sonunda Respublika Qızıl Aypara Cəmiyyətinin Goranboy-Naftalan bölməsi tərəfindən onlara maddi yardım göstərilib.

Keçidlər