Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar “VII Kitab Bayramı” keçirilib.

07 may 2015 | 15:00

     07 may 2015-ci il tarixdə Naftalan şəhər Mədəniyyət və Turizm şöbəsinin Mərkəzi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə  həsr olunmuş “Heydər Ömrü” adı altında, ənənəvi olaraq qeyd edilən “VII Kitab Bayramı” keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Nərmin Əliyeva qeyd etdi ki, Ulu Öndərimiz  böyük siyasətçi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının Ümummilli Liderin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır. Daha sonra tədbir iştirakçılarına Naftalan şəhər uşaq musiqi məktəbinin xalq çalğı alətləri ansamblının və şagirdlərinin ifasında musiqi nömrələri təqdim olunub. Sonda isə “Azərbaycanın xilaskarı”, “Bakı Avropa Oyunları 2015”, “Qarabağım qan ağlar”, “Yeni kitablar” və s. adlı sərgilər nümayiş etdirilib. 

Keçidlər