Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olundu.

07 may 2015 | 15:00

 

Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti, eləcə də şəhərə istirahət və müalicəyə gələn qonaqlar da iştirak edirdi.
      Tədbir iştirakçıları öncə dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, ulu öndərin abidəsinin önünə gül-çiçək dəstələri düzmüşlər. Abidəni ziyarət etdikdən sonra tədbir iştirakçıları tərəfindən  əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib  və Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın həyatında müstəsna rolundan danışılıb.
      Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd etmişdir ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.
      Sonda məktəblilərin ifasında “Sönməyən günəş adlı” kompozisiya nümayiş etdirilmiş, YAP Naftalan şəhər təşkilatı tərəfindən  Respublika fənn olimpiadasında "Gümüş" medal qazanmış şagird Cəmilə Rzayevaya və onun fənn müəllimi Sədrəddin Muradova diplom verilmiş, həmçinin Yeni Azərbaycan Partiyasına  yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur. Tədbir konsert proqramı ilə davam etmişdir.

Keçidlər