Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər uşaq musiqi məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olundu.

06 may 2015 | 15:00

 

06.05.2015-ci il tarixdə Naftalan şəhər uşaq musiqi məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və “Gül bayramı” na həsr edilmiş “Yaşa mənim xalqım!” adlı əbədi-bədii müsiqili gecə keçirildi.Tədbirdə əvvəlcə məktəbin fortepiano müəllimi Günel Qafarovanın gül bayramı munasibətilə hazırladığı əl işlərindən ibarət sərgi keçirilib.
         Naftalan şəhər uşaq musiqi məktəbinin direktoru Almaz Əliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Ulu öndərin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirildiyini, müasir Azərbaycan dövlətinin qurulduğunu və xalqımızın müstəqillik arzusuna çatdığını bildirib. Daha sonra məktəbin uşaq xor kollektivinın, xalq çalğı alətləri ansamblının müəllim və şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, xalq mahnı və rəqslərindən ibarət müxtəlif musiqi nömrələri dinlənilib.

Keçidlər