Naftalan şəhərinin ümumtəhsil məktəblərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
05-06 may 2015-ci il tarixlərdə şəhərin hər üç ümumtəhsil orta məktəblərində və Uşaq Yaradıcılıq Mərkəzində pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə silsilə tədbirlər keçirilib.
Tədbirdə çıxış edənlər zəngin və mənalı həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin hər kəs üçün örnək olduğunu bildirib. Məhz onun qətiyyəti, əzmkarlığı sayəsində Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladığı və inkişaf etdirdiyi vurğulanıb. Ümummilli Liderin əsasını qoyduğu uğurlu sosial-iqtisadi xəttin hazırda cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi bir daha qeyd edilib.
Tədbirlərdə Ulu Öndərin həyat yolunu əks etdirən sənədli film nümayiş olundu. Şagirdlər “Biz fəxr edirik ki, Azərbaycanlıyıq” adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.