Naftalan şəhər V.Namazov adına Körpələr evi Uşaq bağçasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olundu.
Naftalan şəhər V.Namazov adına Körpələr evi Uşaq bağçasında ümummilli lider Heydər Əliyevin 92 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir “Heydər Əliyev uşaqların gözü ilə” adlı sərginin nümayişi ilə başlandı. Sərgidə istedadlı uşaqların yaratdıqları bir-birindən maraqlı əl işləri öz əksini tapmışdır.
Daha sonra tədbir dövlət himninin səslənməsi ilə davam etdirildi. Bağçanın müdiri Kəmalə Hüseynova çıxışına ümummilli lider Heydər Əliyevin sözləri ilə başladı. “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Daha sonra o, ulu öndərin dövlətimiz qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən danışdı. O bildirdi ki, Heydər Əliyev xalqımızın sabahını - gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli həyat səviyyəsini yaxşılaşdırmaq üçün bir sıra uğurlu layihələrə imza atmışdır. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün geniş hərəkat başlandı.Dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğı göz qabağındadır. Daha sonra çıxış edən natiqlər qeyd etdilər ki, ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün respublika prezidenti cənab İlham Əliyev tərəfindən mühüm qərar və sərəncamlar verilir. Heydər Əliyev fondu tərəfindən məktəblərin, uşaq evləri və bağçaların inşası, onların yenidən müasir tələblərə cavab verən səviyyədə qurulması, həmçinin digər sahələrdə də görülən işlər, gerçəkləşdirilən layihələr, proqramlar isə özünün uğurlu nəticələri ilə hamıda böyük sevinc hissi oyadır.
Tədbir uşaqların hazırladığı kompozisiyalar,mahnı və rəqs nümunələri ilə davam etdirildi. Sonda ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilən sənədli film nümayiş olundu.