Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etdi.

01 may 2015 | 15:00

 

01.05.2015-ci il tarixdə  Naftalan Şəhər  İcra Hakimiyyəti,  Yeni Azərbaycan Partiyasının Naftalan şəhər  təşkilatı və Naftalan şəhər  Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir qrup gənc Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Naftalan şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
Gənclər ilk öncə ümummilli liderin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra  Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış olmuş, ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə baxış keçirilmişdir. Mərkəzin direktoru  iştirakçılara Mərkəz haqqında ətraflı məlumat vermişdir. Daha sonra gənclər Mərkəzdə yerləşən Elektron kitabxana ilə, həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən kitablarla tanış olmuşlar.

Keçidlər