Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2012-ci ildə görülmüş işlər və 2013-cü ildə qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.

23 fevral 2013 | 16:00

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili, Mahir Aslanov, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Əlibaba Əliyev və tədbir iştirakçıları əvvəlcə Ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoymuşlar.
      Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov  2012-ci ildə görülmüş işlər və 2013-cü ildə qarşıda duran vəzifələr barədə ətraflı məruzə etmiş, son illərdə böyük inkişaf yolu keçən şəhərlərdən biri də Naftalanın olduğunu vurğulamışdır. Şəhərin bütün sahələr üzrə iqtisadi göstəriciləri artan rəqəmlərlə əks olunduğu önə çəkilmişdir. Məruzəçi hesabat ilində şəhərdə geniş vüsət almış abadlıq-quruculuq işlərinin yüksələn templə davam etdirildiyini, dünyada öz müalicəvi Naftalan nefti ilə məşhur olan şəhərimizdə müasir turizm-istirahət komplekslərinin, əyləncə mərkəzlərinin tikildiyini və bütün bunların yeni iş yerlərinin açılmasına və adamların rifahının yaxşılaşdırılmasına xidmət göstərdiyini şərh etmişdir.     
    Hazırda 280 yerlik körpələr evi-uşaq baxçasının, Heydər Əliyev Mərkəzinin, Qarabağ sanatoriyasının tikintisi işlərinin davam etdirildiyi yığıncaq iştirakçılarının diqqətinə çatdırılmışdır.
    Hesabat yığıncağında qarşıda duran vəzifələr də təhlil olunmuşdur.
    Müzakirələr zamanı şəhər Polis şöbəsinin rəisi Ağakişi İsmayılov, maliyyə şöbəsinin rəisi Saleh Tağıyeva, DSMF-nin Naftalan şəhər  şöbəsinin müdiri Əlipaşa Nəbiyev çıxışlar etmişlər.
     Yekunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev və millət vəkili Mahir Aslanov ölkədə sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirlərdən söz açıblar.
    Naftalan şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciəti şəhər S.Vurğun adına 2 nömrəli tam orta  məktəbin müəllimi Nüşabə Mirzəyeva yığıncağa təqdim etmişdir.

Keçidlər