Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım Günü tədbirləri davam edir

25 sentyabr 2026 | 15:34

Tədbirlərdə ŞİH-nin məsul əməkdaşları, idarə, təşkilat və müəssisələrin nümayəndələri, şəhid ailələri, məktəblilər və gənclər iştirak ediblər.

Anım tədbirlərində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlarda şəhidlərin həyat və döyüş yolundan, qəhrəmanlığından, Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən bəhs olunub. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq.

Keçidlər