Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım Günü Naftalanda qeyd edilib

27 sentyabr 2022 | 13:08

Vətən Müharibəsinin başlanmasından iki il ötür: 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Ölkə rəhbəri hər zaman Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr-Anım Günü ilə bağlı tədbir keçirilib.  Tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər eləcə də şəhər ictimaiyyətinin, insan cəmiyyəti institutlarının nümayəndələri iştirak edib. Şəhidlərin əziz xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət olunub, gül dəstələri düzülüb, Şəhidlərin xatirəsi  ehtiramla anılıb.

Tədbir Vətən Müharibəsində həlak olan şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Vətən Müharibəsi Şəhidlərinin ailə üzvüləri ilə birlikdə ağacəkmə aksiyası ilə davam etdirilib.  

Saat 12:00-da şəhər ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Keçidlər