Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü ərəfəsində silsilə tədbirlər keçirilir

22 sentyabr 2026 | 16:19

27 Sentyabr – Anım Günü ərəfəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.

Naftalan şəhər Mərkəzi Xəstəxanasında “27 Sentyabr-Tariximizin şərəf və qürur səhifəsi”, İ.Nəsimi adına 1 nömrəli şəhər tam orta məktəbində “Zəfərə gedən yolun başlanğıcı” mövzularında anım tədbirləri keçirilib.

Tədbirlərdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, Şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, tibb və təhsil müəssisələrinin kollektivləri və şagirdlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, bu Qələbənin əldə olunmasında şəhidlərimizin qanının, qazilərimizin şücaətinin və Azərbaycan xalqının sarsılmaz birliyinin mühüm rolundan söz açılıb. Qeyd olunub ki, 27 Sentyabr Azərbaycan xalqının qəhrəmanlıq, milli həmrəylik və Zəfər yolunun başlanğıcı kimi tariximizə həkk olunub. Çıxış edənlər şəhidlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını, onların qəhrəmanlığının və Vətən sevgisinin gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Eyni zamanda, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğının daim davam etdirildiyi diqqətə çatdırılıb.

Məktəblilərin hazırladıqları vətənpərvərlik mövzusunda şeirlər, kompozisyalar, səhnəciklər iştirakçılar tərəfindən maraqla izlənilib.

Keçidlər