Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirildi.

29 aprel 2015 | 15:00

  29 aprel 2015-ci il tarixində Naftalan şəhər  Heydər Əliyev Mərkəzində "Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi" mövzusunda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilmişdir. İclasda Nazirliyin kollegiyasının üzvləri, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və digər qonaqlar iştirak etmişdir.
        Tədbirdə giriş sözü ilə ilk əvvəl Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış etmişdir. Çıxışında qeyd etmişdir ki, Naftalan hələ Sovetlər vaxtından sağlamlıq turizmi sahəsində çoxsaylı xarici qonaqları qəbul etmiş və bu gün də MDB məkanında məşhurdur. Çıxışı zamanı icra başçısı Naftalan nefti ilə müalicənin yüksək standartlarda turistlərə təqdim edilməsi üçün son illər yeni-yeni turizm infrastrukturunun tikilib istifadəyə verilməsindən və hal-hazırda da bu sahədə inkişafın daha da sürətlə aparılmasından söz açmışdır.
        Daha sonra çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev bu regionda turizmin inkişafından söz açmışdır.Nazir bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə regionlarda turizmin inkişafı infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir. Ölkə başçısının il ərzində regionlarda bir neçə mehmanxana və digər turizmə xidmət edən obyektlərin açılışında iştirakı onun bu sahəyə yüksək diqqətinin göstəricisidir.
        Nazir həmçinin son illər turizmdən gələn gəlirlərdən söz açmış və I Avropa Oyunları kimi möhtəşəm tədbirlərin ölkəmizin bu sahədən daha çox gəlir əldə etməsinə xidmət edəcəyini bildirmişdir. Hər il ölkəmizdə 40-a yaxın otelin açılmasının sevindirici hal olmasının və bu prosesin davam etdiyini vurğulamışdır.
       İclasda "Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi", "Mingəçevir Turizm Kollecinin elmi-pedaqoji kadr ehtiyatı və tədris prosesində innovativ yanaşmaların tətbiqi" mövzularında və Nazirliyin "2012-2017-ci illərdə Azərbaycan Respublikasında nəşriyyat poliqrafiya sahəsinin və kitab sənətinin inkişaf etdirilməsinə dair fəaliyyət planı"nın 25.02.2012-ci il tarixli, 4/1 nömrəli kollegiya qərarının icra vəziyyəti haqqında gündəlikdə olan məsələlərlə bağlı məruzələr dinlənilmişdir.
      İclas zamanı Nazir bu bölgədə lisenziyasız fəaliyyət göstərən mehmanxanaların çoxluğundan narahatlığını ifadə etmiş və aidiyyəti üzrə bu problemin həllinə dair müvafiq tapşırıqlar vermişdir.
      Sonda "Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi ilə müalicə turizmi sahəsində fəaliyyət göstərən mehmanxanalar arasında birgə əməkdaşlıq fəaliyyətinə dair Niyyət protokolu" imzalanmışdır.
     Qeyd olunan məsələlər Kollegiyanın qərarı ilə təsdiq olunmuşdur.

 

Keçidlər