Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Naftalanda vətəndaşları qəbul edib.

29 aprel 2015 | 15:00

 

 

29.04.2015-ci il tarixdə Naftalan şəhər  Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev tərəfindən Naftalan və Gəncə şəhərlərinin, Daşkəsən, Göygöl, Kəlbəcər və Samux rayonlarının sakinlərinin qəbulu keçirildi.
      Qəbuldan əvvəl Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
      Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətləri dinlənilib. Müraciətlər əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix-mədəniyyət abidələrinin bərpası və s. məsələlərlə bağlı olub.
     Yerlərdə muzey bələdçilərinin qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə təlim və dil kurslarına cəlb edilməsi, rayonlara tanınmış incəsənət ustalarının ezam edilməsi, yaradıcılıq görüşlərinin təşkili, kitabxanaların metodiki vəsaitlərlə, uşaq ədəbiyyatı və jurnallarla, uşaq musiqi məktəblərinin musiqi əsərlərinin klavirləri ilə təminatı, mədəniyyət evlərinin səhnə ləvazimatı ilə təchiz edilməsi barədə xahişlər edilib. Bölgələrdə qocaman ədəbiyyat, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsi, yerli müəlliflərin əsərlərinin tamaşaya qoyulması ilə bağlı təkliflər səsləndirilib

Keçidlər