Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər səhiyyə işçiləri akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünü qeyd etdilər.

28 aprel 2015 | 15:00

Bu gün Naftalan şəhər Xəstəxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan xəstəxananın baş həkimi İsmayıl Muradov  nəcib insan, tanınmış ictimai xadim, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın həyat yolu haqqında danışdı. Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan və  qazandığı nailiyyətlərdən bəhs etdi. Baş həkim qeyd etdi ki, öz həyatını tibb elminin inkişafına həsr edən akademik Zərifə xanım Əliyeva göz xəstəliklərinin profilaktik müalicəsi sahəsində böyük uğurlara imza atmışdır. Həmçinin, çıxışlarda vurğulandı ki, bütün ömrünü insanlara işıq bağışlamağa həsr edən Zərifə xanım Əliyeva yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Keçidlər