Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik Fondu Naftalanda

06 aprel 2015 | 15:00

06.04.2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin yanında Bilik fondunun nümayəndə heyəti Naftalan şəhərində olub. Qonaqlar şəhərlə tanış olduqdan sonra şəhərin İ.Nəsimi adına 1 nömrəli və S.Vurğun adına  2 nömrəli tam orta məktəblərinin yuxarı və aşağı sinif şagirdləri ilə söhbətlər aparıblar. Qonaqlar aldıqları cavablardan olduqca məmnum qaldılar. Sonra qonaqlar V.Namazov adına körpələr evi-uşaq bağçasında uşaqlarla görüşüb. Uşaqlar azərbaycan və rus dillərində şeirlər deyib, ingilis dilində oxuyub və səhnəciklər göstəriblər. Qonaqlar bu görüşlərdən olduqca məmnun qalıblar.
Qonaqları şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qəbul edib. Bilik Fondu barəsində geniş bilgiyə malik olduğunu diqqətə çatdıran başçı əməkdaşlığa böyük ehtiyac olduğunu bildirib. Şəhərin infrastrukturunun məhz turistlərə xidmət göstərmək üçün nəzərdə tutulduğunu xatırladan icra başçısı, bu istiqamətdə təhsil verən texniki peşə məktəblərinin vacibliyinə diqqət çəkib. Öz növbəsində Bilik Fondunun içraçı direktoru Oktay Səmədov müxtəlif formalarda əməkdaşlığa hazır olduqlarını deyib. İcraçı direktor rəhbərlik etdiyi qurumun Naftalanın icra hakimiyyəti və digər strukturları ilə layihələrə başlaya biləcəyini diqqətə çatdırıb.
Görüşdən sonra Heydər Əliyev Mərkəzində şəhər ictimiyyəti ilə maraqlı fikir mübadiləsi aparılıb. Oktay Səmədov Bilik Fondunun fəaliyyəti barədə geniş məlumat verib və hər kəsi Fondla əməkdaşlığa çağırıb İcraçı direktor vurğulayıb ki, Fondun təşkil etdiyi mühazirələrdə yerli mütəxəssislərə üstünlük veriləcək. Kim bu işdə yaxından iştirak edə bilərsə, Bilik Fondu tərəfindən dəstək alacaq. Görüşdə səsləndirilən suallar cavablandırılıb, təkliflər qeydə alınıb.
Fondun beynəlxalq layihələrindən aparıcı məsləhətçi Sərxanbəy Xudiyev danışıb. Mətbuat katibi Ceyhun Musaoğlu isə Könüllülər Birliyi barəsində ətraflı məlumat veriərək Naftalan sakinlərini Fondun könüllüəri olmağa dəvət edib.
Sonda Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev Bilik Fondunun qısa müddət ərzində geniş fəaliyyətindən danışıb.

Keçidlər