26 İyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26-İyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı Şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin və Şəhər Polis Şöbəsinin məsul əməkdaşları, müəllimlər, məktəblilər və valideynlər iştirak edib.
Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elməddin Yusibov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı təsdiq etdiyi dörd mühüm fəaliyyət planını iştirakçıların diqqətinə çatdırıb.
Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşı çıxış edərək narkotik vasitələrin və psixotrop dərman növlərinin törətdiyi fəsadlardan, onların cinayət əməli daşıdığından söz açıb.
Naftalan şəhəri üzrə gənclər və idman sektorunun gənclərlə iş sahəsi üzrə nümayəndəsi Naftalanlı gənclərin idmanda qazandığı uğurlardan söz açıb, idmanın zərərli vərdişlərdən uzaq durmaq üçün çıxış vasitəsi olduğunu bildirib.
Sonda şagirdlərə maarifləndirici bukletlər paylanılıb.















