Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

25 iyun 2025 | 17:07

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhər Heydər Əliyev Mərkəzində, Reabilitasiya Mərkəzində, Gənclər və İdman sektorunda “26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Şəhər Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiya zamanı tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar və tarixi Zəfərimizi əks etdirən foto sərgi ilə tanış olublar. Onlara Ümummilli Liderin misilsiz xidmətləri barədə ətraflı məlumat verilib. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbədən və azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işlərindən bəhs olunub. Silahlı Qüvvələr Günü münasibətilə iştirakçılar təbrik edilib, bu bayramın rəşadət, şərəf, igidlik bayramı olduğunu vurğulanıb.

Tədbir Reabilitasiya Mərkəzində konsert proqramı ilə davam etdirilib.

Naftalan şəhəri üzrə gənclər və idman sektorunda “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr edilmiş “Atıcılıq turniri” keçirilib.

Turnirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Silahlı Qüvvələrin yaranma tarixindən, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən ordu quruculuğu siyasətindən, 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfər tarixindən ətraflı söhbət açaraq iştirakçılara uğurlar arzulayıblar.

Tədbirlərdə ŞİH-nin məsul əməkdaşları, Heydər Əliyev Mərkəzinin, Reabilitasiya Mərkəzinin, Gənclər və İdman sektorunun kollektivləri, Vətən Müharibəsi iştirakçıları, qazilər, mərkəzdə stasionar müalicə alan əlilliyi olan şəxslər iştirak edib.

Yarışda ən çox xal toplamış qaliblər I, II və III yerlərə layiq görülərək diplom və medallar ilə təltif olunublar.

Keçidlər