“31 mart-Azərbaycanlıların soyqrımı günü” Naftalan şəhərində anılıb.
Naftalan şəhərində “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, şəhər icra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq mühafizə orqanlarının əməkdaşları və şəhər ictimaiyyəti iştirak edib. İlk olaraq Naftalan şəhər “Xatirə kompleksi” ziyarət edilərək şəhidlərin xatirəsi yad edilib, əklil qoyulub.
Qeyd olunub ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 97 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyəti vurğulanmış, onun xalqımızın milli şüurunda və özünüdərketməsində mühüm rol oynadığını qeyd edilib.
Sonda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhlarına dualar oxunub.