Şriftin ölçüsü :

Saytın rəngi :

Çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işlərinə başlanılıb.

29 mart 2015 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2011-ci il tarixində Naftalan şəhərinə səfəri çərçivəsində ictimaiyyətlə görüşü zamanı Naftalanın inkşafının vacibliyini xüsusi qeyd edərək qarşıya belə bir vəzifə qoymuşdur ki,   turizm sahəsi ilə yanaşı şəhərdə bütün binalar təmir olunmalı, parklar, yeni xiyabanlar salınmalı və Naftalan nəinki Azərbaycanda, dünyada tanınan kurort şəhərinə çevrilməlidir.
     Artıq bu tarixdən qısa zaman keçməsinə baxmayaraq bu gün Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılmış, eləcə də şəhərdə başlanılan yenidənqurma işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının da əsaslı təmir işləri başa çatdırılmış və bütün kommunikasiya sistemləri yenidən qurulmuşdur.    
     Çoxmənzilli yaşayış binalarının fasadı milli memarlıq üslubuna uyğun olaraq aqlay daşla üzlənilmiş, işıqlandırılmış, mənzillərə yeni plastik pəncərələr quraşdırılmış, binaların dam örtükləri müasir üslubda yenidən qurulmuş, dəhlizləri təmir olunmuşdur. Yüksək mərtəbəli yaşayış binalarına müasir tipli liftlər quraşdırılmışdır.
     Şəhərdaxili yollara asfalt örtüyünün salınması  məqsədilə ilk olaraq yeni yol daşları düzülmüşdür. 
     Hazırda küçələrdə yeni asfalt örtüyünün və səklilərin salınması işləri, eləcə də çoxmənzilli yaşayış binalarının həyətinndə abadlıq işlərinə başlanılıb.
      Eyni zamanda binaların qarşısında ümumilikdə 300-dən artıq çinar ağacı əkilmişdir.

Keçidlər