Naftalan şəhərində milli təhlükəsizlik orqanlarının yaradılmasının 96-cı ildönümü qeyd olundu.
Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 96-cı ildönümü münasibətilə keçirilən tədbirin iştrakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir iştirakçıları sonra Heydər Əliyev Mərkəzində ulu öndərin çoxşaxəli fəaliyyəti ilə bağlı foto və sənədlərlə tanış olublar.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov Ulu Öndərin ölkəmizin milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, milli kadrların yetişdirilməsindən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından danışıb, milli təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
Daha sonra Milli Təhlükəsizlik Nazirliyinin Naftalan şəhər Şöbəsinin rəisi Anar İspəndiyarov Təhlükəsizlik orqanlarınlarının tarixi barədə məlumat verib. Ölkənin müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanlarının daim yüksək sayıqlıq və peşəkarlıq göstərdiyi bildirilib.