Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 20-Yanvar faciəsinin iyirmi üçüncü ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir

20 yanvar 2013 | 16:00

Naftalan şəhərində 20 Yanvar-Ümumxalq hüzn günü ilə əlaqədar yanvarın 19-da şəhidlərin xatirəsini anma mərasimi keçirilmişdir. Tədbirin əvvəlində Naftalan şəhərində yeni inşa olunmuş “Xatirə kompleksi” ziyarət edilmiş, şəhidlərin xatirrəsi yad edilmiş, əklil qoyulmuş, gül-çiçək düzülmüşdür. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açaraq 20-Yanvar faciəsi, onun siyasi mahiyyəti barədə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 20 Yanvar hadisəsi xalqımızın müstəqillik arzusuna qarşı öncədən planmlaşdırılmış qətliam idi. Bu hadisəyə isə ilk siyasi qiyməti verən ulu öndər Heydər Əliyev olmuş, hadisədən dərhal sonra Moskvadan baş verən faciənin araşdırılmasını və hadisəyə hüquqi qiymət verilməsini tələb etmişdir.
Eyni zamanda bildirilmişdir ki, 1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, bu tarixin təkcə faciə deyil, həm də azadlıq istəyinin oyanış günü olmuşdur. Bu azadlığa can atan xalqımız 1990-cı ilin yanvarın 20-də mübarizliyini, əyilməzliyini nümayiş etdirdi. Və uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq, ölkəmiz suverenlik əldə etdi.
 

Keçidlər