Heydər Əliyev Mərkəzində növbəti nigah mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi keçirilib. Ailə həyatı quran gənclər, Elşən Məmmədzadə və Lalə Məmmədzadə ilk olaraq ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Gənclər həmçinin Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Nikah mərasimində çıxış edənlər Ümummilli Liderin vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar. Bəy və gəlinə ən xoş arzularını çatdırıblar.
Yeni ailə həyatı quran gənclər nikah mərasimlərinin dahi rəhbərin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur duyduqlarını vurğulayaraq, bu günün onların həyatında ən xoşbəxt gün, ən yaddaqalan hadisə olduğunu bildiriblər.
Sonda gənc ailəyə şəhər İcra Hakimiyyəti adından hədiyyə təqdim olunub.