Naftalanda 8 Mart Beynəlxalq Qadınlar bayramı qeyd olunub
Bu gün Naftalan Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı tərəfindən 8 mart Beynəlxalq qadınlar günü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, YAP Naftalan şəhər təşkilatı Qadınlar Şurasının sədri Afət Cabbarova və şəhərin ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev qadınları əlamətdar gün münasibətilə təbrik edib və Azərbaycan qadınlarının cəmiyyətdə yüksək mövqedə olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanda dövlət qadın siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, YAP Naftalan şəhər təşkilatı Qadınlar Şurasının sədri Afət Cabbarova ölkə parlamentində Gender bərabərliyi haqqında qanunun qəbul olunmasından söhbət açıb. A. Cabbarova qeyd edib ki, Azərbaycanda qadınların hüquq bərabərliyi tam təmin olunub və onlar cəmiyyətin bütün sferalarında təmsil olunurlar.
Təhsil sahəsində göstərdiyi nailiyyətlərinə görə “Tərəqqi” medalına layiq görülən B.Ədilova və digərləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Sonda şəhərin ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən xanımlar YAP Naftalan şəhər təşkilatının fəxri fərman və hədiyyələri ilə təltif olunublar. Tədbirdə iştirak edən bütün xanımlara qızıl gül hədiyyə edilib