Naftalanda “5 mart Bədən Tərbiyəsi və İdman günü” qeyd edildi.
Qədim idman ənənələri ilə tanınan ölkəmizdə idman ictimaiyəti möhtəşəm bir bayramı “5 mart-Bədən tərbiyəsi və İdman günü”nü hər il böyük təntənə ilə qeyd edir. Bu bayramın söykəndiyi möhkəm bir təməl vardır. 1995–ci ilin 5 mart tarixində Bakı İdman sarayında Ümummilli Lider Heydər Əliyev tanınmış idmançılar və idman mütəxəssisləri ilə görüşmüş, dolğun və mənalı çıxışı ilə hamını heyran qoymuşdur. Məhz həmin gündən başlayaraq idman sahəsində bütün məsələlərin geniş məkanda həllinə start verilmişdir. Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli 654 saylı Sərəncamı ilə həmin dövrdən başlayaraq ölkəmizdə 5 mart tarixi-“Bədən tərbiyəsi və İdman günü” kimi qeyd edilir.
“5 mart-Bədən tərbiyəsi və İdman günü”nün qeyd olunması məqsədi ilə Naftalan şəhər Gənclər və İdman İdarəsi və idarənin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbi ayrıca tədbirlər planı hazırlamışdır. Tərtib olunmuş tədbirlər planına əsasən nərd, voleybol, futbol, cüdo, atletika idman növləri üzrə yarışlar, şəhərin idman ictimayyəti ilə görüş keçirilimişdir. 5 mart 2015-ci il tarixdə Bədən tərbiyəsi və İdman gününün qeyd olunması məqəsdi ilə təşkil olunmuş tədbirdə Gənclər və idman idarəsinin rəhbərliyi tərəfindən keçirilmiş yarışlarda qalib gəlmiş idmançılar fəxri fərman və qiymətli hədiyələrlə təltif olunmuşdur.