Avropa Oyunlarının məşəli Naftalandan keçəcək
İlk dəfə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin ərazisində məşəlin aparılması ilə bağlı rayon və şəhərlərin müəyyənləşdirilməsi ilə əlaqədar xarici mütəxəssislərin yerlərə səfərləri çərçivəsində İngiltərədən dəvət olunmuş mütəxəssis Kler O Sallivan Naftalan şəhərində olub.
Onunla birgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Regionlarla İş və Kadırlar Şöbəsinin müdiri Asif Quliyev və Təşkilat komitəsinin əməkdaşı Ozal Əliyev də şəhərdə gəlib. Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovla bu barədə müzakirələr aparılıb.Məlumat verilib ki, məşəlin şəhərimizin ərazisindən keçirilməsi ücün tələb olunan 20 nəfər Məşəldar seçilib və digər lazımı işlər də görülür. Naftalana edilən səfər müsbət nəticələnib.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəl estafeti aprelin 25-də başlayacaq və Azərbaycanın 51 şəhərini əhatə edəcək.