Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərdə aparılan abadlıq işlərinə növbəti dəfə baxış keçirilib.

26 fevral 2015 | 16:00

Naftalan şəhər  İcra Hakimiyyətinin başçısı Natiq Aslanov 26 fevral 2015-ci il  tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına, eləcə də regionların inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarına uyğun kurort şəhərinin ərazisində aparılan abadlıq-quruculuq, tikinti və yenidənqurma işlərini növbəti dəfə nəzərdən keçirib. Baxış zamanı  şəhər rəhbəri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şəhər İcra Hakimiyyəti Başçısı aparatının  məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak edib. Şəhər rəhbəri çoxmənzilli yaşayış binalarına, avtovağzal otel kompleksinə, xəstəxanaya və I mikrorayonun ərazisində yeni salınacaq parka yerində baxış  keçirib.
      Baxış zamanı İcra Hakimiyyətinin başçısı iş icraçılarına və aidiyyatı qurumların rəhbərlərinə işlərin sürətləndirilməsi və keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər