Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir.

30 dekabr 2012 | 16:00

2012-ci ilin dekabrın 29-da Naftalan şəhəri Heydər Əliyev adına parkda Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni ilin gəlişinə həsr olunmuş bədii-əyləncəli ümumşəhər tədbiri keçirildi.
İlk öncə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənənin gündən-günə daha geniş vüsət aldığını bildirdi və ölkəmizin inkişafında əldə olunan uğurlardan danışdı.
Tədbir mədəniyyət evinin kollektivinin rəngarəng konsert proqramı ilə davam etmişdir.
Bayram tədbirinin yekununda uşaqlara bayram hədiyələri paylanmışdır.
 

Keçidlər