Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində Xocalı faciəsinin 23-cü ildönümü anıldı

26 fevral 2015 | 16:00

Tədbirdə şəhər rəhbərliyi, Preziden Administirasiyasının məsul işçisi,hüquq-muhafizə orqanlarının əməkdaşları, səhiyyə və təhsil işçiləri, həmçinin şəhər ictimayətinin nümayəndəri iştirak ediblər.  
     Şəhər ictimaiyyəti Naftalan şəhərində  Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə  ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstəsi qoyublar.
     Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək qeyd eti ki, Xocalı soyqrımı və onun siyasi mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, Ümumilli Lider Heydər Əliyevin hakimiyətə qayıdışından sonra  Xocalı faciəsinin özünün əsl siyasi-hüquqi qiymət almış, soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq içtimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. Həmçinin, bu  siyasətin indi Azərbaycan dövləti tərəfindən davam etdirildiyi diqqətə çatdırararaq vurğulanıb ki,burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırım cinayətkarlarını dünya ictimayətinin mühakiməsinə verməkdir.                              
     Daha sonra məktəblilərin ifasında “Xocalı”  faciəsinə həsr olunmuş kompazisiya göstərilmişdir
     Sonda Xocalı faciəsinin qurbanlarının və şəhidlik zirvəsinə yüksəlmiş insanların əziz xatirəsinə dualar oxunmuşdur.
   .

Keçidlər